Özünü iş icraçısı kimi təqdim edən şəxsin qanunsuz əməlləri ifşa edildi

Respublika Prokurorluğundan "OLAYLAR"a verilən məlumata görə Şamaxı rayon sakini Əsgərov Pərvin Pərviz oğlunun Hüseynov Ramiz Məmmədəli oğlu tərəfindən aldadılaraq pulunun mənimsənilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılmışdır. Müəyyən edilmişdir ki, R.Hüseynov özünü iş icraçısı kimi təqdim etməklə P.Əsgərovun etibarından sui-istifadə edərək Bakı şəhərində elektrik stansiyasına mühafizəçi vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadaraq 20 may 2012-ci il tarixdə ondan 1.800 manat məbləğində pul almaqla dələduzluq etmişdir. Fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31