Dələduz 7 il “çürüyəcək”

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşların etimadından sui istifadə edərək dələduzluq edən Şakir Aslanova hökm oxunub.  Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Məhkəmənin hökmü ilə Şakir Aslanov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə) maddəsi ilə ittiham edilib. O, Bakının müxtəlif rayonlarında 10-dan çox vətəndaşı aldatmaqda təqsirli bilinib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31