Ata qatilinə 8 il 6 ay həbs cəzası

Lənkəran Ağır Cinayətlər Məhkəməsində atasını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Beyləqan rayon sakini İxtiyar Kərimovun məhkəməsi başa çatıb. "OLAYLAR"ın məlumatına görə, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İxtiyar Kərimov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İxtiyar Kərimov ötən il dekabrın 22-də ailə-məişət münaqişəsi zəminində atası Fehruzu bıçaqla qətlə yetirib. İxtiyar Kərimov daha sonra könüllü olaraq Beyləqan Rayon Polis Şöbəsinə gələrək, təslim olub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31