Ceyranbatan Su Anbarında dəhşətli anlar

Anbarda təmir işləri aparan ustanı “tok“ vurub öldürdü

Ceyranbatan Su Anbarında ölüm hadisəsi baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 27-də Bakı şəhər sakini Sergey Krotov elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisə Ceyranbatan Su Anbarında baş verib. Krotov orada təmir işləri aparan zaman onu elektrik cərəyanı vurub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31