Qətldə təqsirləndirilən şəxs azadlığa buraxıldı

Bakı Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə, iki və ya daha çox şəxsi öldürməyə cəhddə ittiham olunan Elşad Nəsirov və Vüsal Abdullayevin apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib . Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, hökm Elşad Nəsirova aid hissədə dəyişdirilib. Məhkəmə qərarına görə, Elxan Nəsirovun törətdiyi cinayətin müddəti keçdiyi üçün işə xitam verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Məhkəmə digər təqsirləndirilən şəxsin barəsində olan hökmün qüvvədə saxlanılması barədə qərar açıqlayıb.
İttihama görə, 22 oktyabr 2009-cu il tarixdə saat 15.30 radələrində Rusiya Federasiyasının Lipetsk şəhəri, Studyonovskaya küçəsindəki 159 saylı "A" ünvanında yerləşən avtomaşınlara texniki xidmət sexində Elşad Nəsirov və Vüsal Abdullayev odlu silahdan açdıqları atəş nəticəsində Maarif Əliyevi öldürüb, Sabir Xanatovu yaralayıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşad Nəsirov 4 ilini həbsxanada çəkməklə 15 il, Vüsal Abdullayev 2 ilini həbsxanada çəkməklə 13 il müddətinə azadlıqdan məhrum edilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31