Bakıda daha bir qanunsuz miqrant aşkarlandı
24 Aprel 2012 15:57 KriminalXətai polisi Bakıda daha bir qanunsuz miqrantı aşkar edib. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsində n məlumat verilib. Hadisə aprelin 23-də baş verib. Xətai Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri Şöbəsinin əməkdaşları Gürcüstan vətəndaşı Zaur Həsənovu qeydiyyatsız yaşadığı üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-ci (əsnəbilər və vətəndaşlığı olmayan şəхslər tərəfindən Azərbaycan Respublikasında olma qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edərək Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrantlara Qarşı Mübarizə İdarəsinə təhvil verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31