Bakıda zəncirvari qəza: yolda dəhşətli tıxac yaranıb

Hərəkətin bərpası istiqamətində yol polisi çalışır

Bakının Suraxanı rayonu ərazisində zəncirvari yol qəzası baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən əmlumata görə, Yeni Günəşli yolunda bir neçə avtomobil toqquşub. Toqquşan avtomobillər arasında BMW, "Mercedes", "CİP", "Prado" markalı avtomobillər olub. Nəticədə xəsarət alan olmasa da, həmin ərazidə dəhşətli tıxac yaranıb. Hərəkətin bərpası istiqamətində yol polisi çalışır. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31