Texniki Universitetin yataqxanasında qarət hadisəsi olub

Tələbənin 1400 manatını oğurlayan mütəşəkkil dəstə həbs edilib

Bakıda Azərbaycan Texniki Universitetinin yataqxanasında qarətlə məşğul olan mütəşəkkil dəstə ələ keçib. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarsindən məlumat verilib. Mütəşəkkil dəstə aprelin 23-də yaxalanıb. Məlumata görə, aprelin 20-nə keçən gecə A.Şərifzadə küçəsində yerləşən Teхniki Уniversitetin yataqхanasında Уrfan Hacıyevin yaşadığı otaqdan 1400 manat oğurlanıb. Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, Goranboy rayon sakini Razi İbrahimov, Cəlilabad rayon sakini Dövlət Alışov və İmişli rayon sakini Xəyal Qurbanov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31