Bakıda gənc qız 9-cu mərtəbədən düşüb öldü

Bu gün saat 14:30 radələrində Bakının Nərimanov rayonunda 9-cu mərtəbədən bir qız yıxılıb. Nərimanov rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Həsənoğlu 9 ünvanında gənc qız 9-cu mərtəbədən yıxılıb. Qız hadisə yerində dünyasını dəyişib. Qızın kimliyi və nə səbəbdən 9-cu mərtəbədən yıxıldığı araşdırılır.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bakının Nərimanov rayonunda 9-cu mətrəbədən yıxılaraq dünyasını dəyişən qızın kimliyi məlum olub. Rayon Polis İdarəsinin 18-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, dünyasını dəyişən Sevinc Musayevadır. Onun hansı şəraitdə yıxıldığı hələlik məlum deyil.

Qeyd edək ki, dünyasını dəyişən qız azyaşlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31