Yasamal polisi axtarışda olan dələduz qadını yaxaladı

Bakı polisi axtarışda olan dələduz qadını axalayıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, dələduz qadın aprelin 23-də ələ keçib. Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-aхtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə aхtarışda olan Kəmalə Hüseynova aprelin 23-də tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31