İnterpolun axtardığı xüsusi təhlükəli erməni cani tutuldu

İyulun 1-də Rusiyanın Volqoqrad şəhərində İnterpol xətti ilə axtarılan xüsusi təhlükəli erməni cinayətkar saxlanılıb. Lent.az-ın "tert.am" saytına istinadən verdiyi məlumata görə, 2003-cü ildə Almaniya və Ermənistanda barəsind axtarış elan olunmuş 37 yaşlı Andranik Yeremyan 3 nəfərin qətlində və bir nəfərin pul almaq məqsədilə qaçırılmasında günahkar sayılır. Andranik Yeremyanın yaşadığı mənzildə səsboğucu ilə təchiz olunmuş tapança, müxtəlif insanların adına olan bir neçə saxta pasport tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31