Əmi qardaşı qızını qısqandığı üçün cinayətə əl atdı

Ötən gecə saat 00:10 radələrində Bakıda əmi qardaşı qızını qətlə yetirib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PPRESS-ə verilən məlumata görə, II Zabrat qəsəbəsi S. Cəfərov küçəsində yaşayan Yavər Qədirov qısqanclıq zəminində qardaşı qızı Kubra Hüseynağa qızı Qədirovanı baş nahiyəsindən küt alətlə vuraraq qətlə yetirib.

Y.Qədirov könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gələrək təslim olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31