Özbəkistan diplomatı qəza törətdi, sürücünü döydü

Qırğızıstanla Özbəkistan arasında növbəti diplomatik qalmaqal baş verib.APA-nın "İnterfaks"a istinadən yaydığı məlumata görə, qalmaqala səbəb Özbəkistan səfirliyinin birinci katibi M. Xayriddinovun maşınla qəza törətməsi və Qırğızıstan vətəndaşı olan şəxsə bədən xəsarətləri yetirməsidir.Hadisə gecə saatlarında Bişkekdə "Moskva" gecə klubunun qarşısında baş verib.Özbəkistan səfirinə məxsus "Toyota Prado" markalı maşın "VAZ-2106" ilə toqquşub. Səfirin maşınının sükanı arxasında olan birinci katib Xayriddinov və maşında içkili vəziyyətdə olan sərnişinlər avtomobildən düşərək "VAZ-2106"nın sürücüsünü döyüblər.Qırğızıstan XİN bununla bağlı qonşu ölkəyə nota göndərib, sürücüyə yetirilən xəsarətlərlə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31