Azərbaycanda dörd ayın əsgəri faciəvi şəkildə öldü
Hadisə ehtiyatsızlıq nəticəsində baş verib
26 Avqust 2013 13:41 KriminalAzərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb.Hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Tural Qazıyev təsərrüfat işləri ilə məşğul olarkən onu elektrik cərəyanı vurub. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.Qeydə edək ki, T. Qazıyev 2013-cü ilin aprelində Bakının Xətai rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31