Xəzər dənizində qaz yatağında baş verən yanğın belə söndürülür VIDEO

Yanğın hələ də davam edir

Avqustun 17-də Xəzərin Azərbaycan sektorunda "Bulla-dəniz" qaz-kondensat yatağında baş vermiş yanğın davam edir. Hazırda yanğının söndürülməsinə cəhd olunur. "1news.az" saytı həmin görüntüləri təqdim edib.Qeyd edək ki, avqustun 17-də gecə saat 23:00 radələrində 5868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq gecə 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib. Baş verən yanğın zamanı 90 saylı axtarış quyusunun işçiləri evukuasiya olunub.Yanğın hələ də davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31