Elşad Abdullayevin prokuror qardaşı barəsində xüsusi qərardad
24 Avqust 2013 05:26 KriminalDünən Bakı Ağır Cinayətlər Məhkəməsində Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmə prosesində sabiq rektorun qardaşı Elsevər Abdullayevin barəsində xüsusi qərardad çıxarılıb.APA-nın məlumatına görə, məhkəmə onun əməlində cinayət tərkibi olduğunu nəzərə alaraq barəsində xüsusi qərardad çıxarıldığını elan edib. Elsevər Abdullayev barəsində cinayət təqibi başlatmaq üçün xüsusi qərardadın istintaqa göndərilməsi qərara alınıb.Qeyd edək ki, Elsevər Abdullayev Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsində şöbə prokuroru vəzifəsində çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31