Bakıda ağır yol qəzası
“Mercedes”4 piyadanı vurdu, bir nəfər öldü
24 Aprel 2012 15:45 KriminalBakıda "Mercedes" ağır yol qəzası törədib. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Aprelin 23-ü saat 20:15 radələrində, Zığ yolu küçəsində, Ucar rayon sakini Nicat Abdullayev idarə etdiyi "Mercedes" markalı avtomobillə idarəetməni itirərək yolun kənarında olan piyadalar, Bakı şəhər sakinləri Akif İsgəndərlini, Akif Nəsirovu, İlqar Şükürovu və Fazil Sevdimalıyevi vurub. Nəticədə, Fazil Sevdimalıyev hadisə yerində ölüb, A.İsgəndərli, A.Nəsirov və İ.Şükürov хəstəхanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31