Salyanda narkomanın evindən qumbara tapıldı
2 İyul 2012 16:24 KriminalSalyanda narkotika alveri ilə məşğul olan şəxsin evindən qumbara tapılıb. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat veriblər. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Elşən Qədirovun evinə baxış zamanı 2 ədəd qumbara, 11,83 qram qurudulmuş marixuana, 0,448 qram heroin və dibçəkdə yetişdirilmiş, çəkisi 515 qram olan 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31