Siyəzəndə sərnişin dolu avtobus sel təhlükəsilə üzləşdi

21 sərnişin xilas edildi

Siyəzəndə baş verən güclü yağış nəticəsində sərnişin avtobusu 21 nəfər sərnişinlə dolu təhlükəli vəziyyətdə qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məılumata görə, 112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu, Zarat kəndi ərazisində (rayon mərkəzindən 22 km aralı) "Xıdır Zində" ziyarətgahı ("Beşbarmaq" piri) adlanan dağlıq ərazidə "Daewoo" markalı sərnişin avtobusu yağışlı hava şəraitində sürüşərək yoldan çıxıb və içərisində olan 21 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Nazirliyin yanğın-xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika vasitəsilə vətəndaşları dağdan endirib və Bakı şəhərinə yola salıblar. Əməliyyat saat 00:20-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31