4 uşaq anası, 24 yaşlı qadın özünü yandırıb
23 Avqust 2013 16:04 KriminalXaçmaz rayonunun Şərifoba kəndində bədbəxt hadisə baş verib. Rtv.az-ın məlumatına görə, kənd sakini, 4 uşaq anası 24 yaşlı Elnaz Şakir qızı Ömərova özünü yandırıb.
Yaralı dərhal Xaçmaz Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Xəstəxanadan RTV-yə verilən məlumata görə, Elnaz Ömərova tibb müəssisəsinə bədənin bütün hissələrinin termiki alov yanığı və yanığ şoku ilə gətirilib. Xəstənin vəziyyəti ağır olduğundan, yardım göstərildikdən sonra o paytaxt xəstəxanalarından birinə göndərilib. Amma Elnaz Ömərövanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələ ki, məlum deyil. Fakt hüquq mühafizə orqanları tərəfindən araşdırılır. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31