Zaqatala rayonunda qız qaçıran şəxs tutulub
23 Avqust 2013 15:09 KriminalZaqatala rayonunda qız qaçırılması faktına görə cinayət işi başlanıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 19-da Zaqatala rayonunun Muxax kənd sakini İslam Məmmədov RPŞ-yə ərizə ilə müraciət edərək həmin gün qızı Qəndabın Filqət adlı şəxs tərəfindən evlənmək məqsədi ilə oğurlanmasını bildirib.
Faktla əlaqədar cinayət işi başlanıb. Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Məmmədovanın Faldarlı kənd sakinləri Rövlan Əliyev, Filqət Mustafayev, Vüsal və Nail adlı şəxslər tərəfindən oğurlanıb həmin kənd sakini Şahin Abdullayevin evində saxlanılması müəyyən edilib.
R.Əliyev tutulub, digərlərinin də saxlanılması üçün tədbirlər görülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31