Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar edib

Avqustun 21-də Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycana gələn Qazıyev Orxan Rəhman oğlunun üzərində aparılan şəxsi yoxlama zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə sellofana qablaşdırıb əynindəki şalvarın bel hissəsində gömrük nəzarətindən gizlətdiyi 6 bükümdə külli miqdarda, 56,494 qram tiryək narkotik vasitəsi aşkar edilərək götürülmüşdür.

Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə faktına görə 21 avqust 2013-cü ildə Dövlət Gömrük Komitəsi İstintq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Aparılmış istintaqla müəyyən edilmişdir ki, Qazıyev Orxan Rəhman oğlu avqustun 20-də İran İslam Respublikasının Tehran şəhərində istintaqla müəyyən ediməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 56,494 qram tiryək narkotik vasitəsini əldə etmiş, saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 6 sellofan bükümə qablaşdıraraq əynindəki şalvarın bel hissəsinin içəri tərəfində kəsərək düzəltdiyi xüsusi saxlanc yerində yerləşdirib daşımış və avqustun 21-də Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərmişdir.

Qazıyev Orxan Rəhman oğlu şübhəli şəxs qismində tutulmuş, 22 avqust 2013-cü ildə ona Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş və həmin tarixdə Bakı şəhəri Yasamal rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir.

İlkin izahat alınarkən, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Qazıyev Orxan Rəhman oğlu törətdiyi cinayət əməllərini etiraf etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31