Bakıda kafedə 38 yaşlı qadını vəhşicəsinə döydülər
23 Avqust 2013 11:45 KriminalAvqustun 23-nə keçən gecə Bakı şəhərinin Suraxanı rayonu ərazisində dava-dalaş olub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qaraçuxur qəsəbəsində yerləşən "Dost qapısı" kafesində şəxsiyyəti hələlik dəqiq müəyyənləşməmiş kişi 1975-ci il təvəllüdlü qadını vəhşicəsinə döyüb. 38 yaşlı qadın müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Qadın polisə bildirib ki, onu Hafiz adlı şəxs döyüb.Hazırda faktla əlaqədar araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31