BMW ağaca çırpıldı: 1 ölü, 2 yaralı

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə saat 17 radələrində Şəki-Oğuz yolunda baş verib. 10 UC 208 dövlət qeydiyyat nişanli BMW markalı avtomobil Şəki istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı ağaca çırpılıb.
Nəticədə bir nəfər ölüb, iki nəfər - Xəlilov İbrahimxəlil Əhməd Oğlu və Çələbiyev Təbriz Mənsur Oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hələlik dünyasını dəyişənin şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. Hadisəyə ilkin olaraq yüksək sürətin səbəb olduğu ehtimal olunur. Faktla bağlı Şəki RPŞ-də araşdırma aparılır. Hadisənin dəqiq başvermə səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31