Dövlətə xəyanətdə ittiham olunan baş redaktorun məhkəmə istintaqı başa çatıb

Hilal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində "Tolişi Sədo" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Hilal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, prosesdə məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.
Proses sentyabrın 4-də davam etdiriləcək. Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31