Qabil Ramazanovun evindəki seyfindən 200 min manat oğurlandı

Oğru pəncərənin dəmir barmaqlıqlarını sındırır evə girib

Azərbaycanda evdən külli miqdarda pul oğurlanıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Abşeron rayonunda Qabil Ramazanova məxsus evdən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə oradakı seyfdən 200 min manat oğurlanıb.

Əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq edən Ümid Ramazanov tutulub. Oğurlanan pulun 119 min 800 manatı ona məxsus avtomobildən tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31