Sumqayıtda dəhşətli intihar

Ruhu xəstə damarlarını almazla kəsdi

Ötən gün Sumayıtda bir nəfər dəhşətli şəkildə özünü öldürüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhəri 10-cu mikrorayonda yaşayan İsmayıl İsmayılov mənzilində qolunun damarını almazla kəsib. Onun huşsuz bədənini ailə üzvləri döşəmədə tapıb. Onu xəstəxanaya aparsalar da, həkimlər İ.İsmayılovun həyatını xilas edə bilməyiblər.

Onun ruhu xəstə olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31