Bakının mərkəzindəki yanacaqdoldurma məntəqəsində həyəcanlı anlar
Hadisə yerinə yanğınsöndürmə briqadası göndərilib
21 Avqust 2013 12:27 KriminalBakının mərkəzində yerləşən yanacaqdoldurma məntəqəsində həyəcanlı anlar yaşanır. Tbilisi prospektində İST-Petrol yanacaqdoldurma məntəqəsinin qarşısında avtomobil yanıb. Fövlqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən milli.az-a bildirildi ki, hadisə yerinə yanğınsöndürmə briqadası göndərilib.
Hadisə şahidlərinin verdikləri məlumata görə, ərazidə tıxac yaranıb.Yanğın hadisəsi yanacaqdoldurma məntəqəsinin çənində meydana gəlib. Dərhal ətrafdakı maşınlar və məntəqənin işçiləri ərazidən uzaqlaşıblar. Əraziyə iki yanğınsöndürmə maşını gəlib. Yanğının qarşısı alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31