Bakıda 22 yaşlı ana tanışı tərəfindən zorlandı
Qadın gecə onu zorlayan oğlanın əlindən güclə qaçıb
20 Avqust 2013 14:26 KriminalBakı şəhərində gənc qadın ölümlə hədələnərək zorlanıb. Milli.az-ın əldə etdiyi məlumata görə, Xəzər rayonu, Qala qəsəbəsində yaşayan 22 yaşlı R.Ə.Suraxanı rayon Prokurorluğuna təcavüz edilməsi ilə bağlı şikayət edib. Prokurorluqdan bildirilib ki, gecə saat 04:00 radələrində Tural Rəsulov qadını ofisiant işlədiyi Binə qəsəbəsindəki kafedən Südçülük sovxozundakı evə gətirib. Evdə bıçaqla hədələyərək cinsi əlaqədə olmaq istəyib. Etiraz etdikdə isə bıçağı onun ayaqlarına sürtərək kəsəcəyini bildirib. Bundan sonra qorxudan təslim olan qadınla cinsi əlaqədə olub. Bundan sonra qadın azyaşlı uşağının evdə tək olduğunu deyərək sərbəst buraxılmasını istəsə də, Tural icazə verməyib. Səhərə yaxın Turalın bıçaq əlində yuxuya getməsindən istifadə edən R.Ə. evdən qaçaraq prokurorluğa üz tutub.
Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.