İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan qadına hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Rəziyyə Qənbərovanın cinayət işi üzrə məhkəmə başa çatıb.
Trend-in məlumatına görə, hakim Mehdixan Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rəziyyə Qənbərova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq), 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz əldə olunması, saxlanması və daşınması) maddələri ilə ittiham edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31