Bakıda totalizator klubundan oğurluq edənlər tutuldular
20 Avqust 2013 14:23 KriminalBakıda totalizator klubundan oğurluq edən şəxslər tutulublar. Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Yevlax rayon sakini Nazim Bəkirov və Ağdaş rayon sakini Fərid Rəhimov tutulublar.
Məlum olub ki, onlar 2013-cü il mayın 13-nə keçən gecə Əhməd Cəmil küçəsində yerləşən, Ruslan Kazımova məxsus "Topaz" totalizator klubundan dəmir barmaqlıqları sındırma yolu ilə 2920 manat, iyulun 30-na keçən gecə isə H.Cavid prospektində yerləşən, Fuad Süleymanova məxsus mağazadan qapını sındırma yolu ilə 28 manat oğurlayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31