Azərbaycan Ordusunun zabiti dənizdə batıb

Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib

Azərbaycan Ordusunun zabiti dənizdə batıb. APA-nın məlumatına görə, hadisə Zirə qəsəbəsi yaxınlığında qeydə alınıb. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin zabiti, 1984-cü il təvəllüdlü baş leytenant Qədimov Elçin Nazim oğlu Xəzərdə balıq tutarkən dənizdə batıb.
Onun meyitinin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Hələlik mərhumun meyitini tapmaq mümkün olmayıb.

Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31