Qımıl kəndində qəza baş verib

Quba rayonunun Qımıl kəndində qəza baş verib. "VAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsinin sürücüsü - 1980-cı il təvəllüdlü Məmmədov Rahib Əjdər oğlu aldığı xəsarətlərdən hadisə yerində həlak olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobilin içərisində sıxılmış vəziyyətdə qalan  R. Məmmədovun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31