“VAZ” markalı avtomobil “KaMAZ”la toqquşdu
19 Avqust 2013 17:11 Kriminal"OLAYLAR"-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi səhifəsinə istinadən məlumatına görə, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ucar rayonu, Müsüslü kəndində Hafiz Ənvər oğlu Əliheydərova məxsus "VAZ" markalı minik avtomobili və 1986-cı il təvəllüdlü Rəşad Məhərrəm oğlu Əsədova məxsus "KAMAZ" markalı yük avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Ə.Əliheydərovun cəsədi müvafiq qaydada yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31