Fahişələrdən pul qazanan qadın tutuldu

İmişli rayonunda həmcinslərini fahişəliyə cəlb edən qadın tutulub.ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İmişli rayon sakini Əntiqə Əhmədova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi faktı ilə əlaqədar saxlanılıb. Əməliyyatı İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları həyata keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31