Bakıda dənizdə batmış meyit tapılıb

Suraxanı rayonunda dənizdə batmış adam meyiti tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində (ən yaxın xilasetmə məntəqəsindən 6 km aralı, nəzarətsiz ərazidə) dənizdə batmış 1970-ci il təvəllüdlü Qarakişiyev Mehdi Nemət oğlunun axtarışları başa çatıb.
M. Qarakişiyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdə tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31