Zaqatalada 3 avtomobil toqquşdu: yaralananlar var
Zəncirvari qəzada xəsarət alanlar Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib
16 Avqust 2013 18:55 KriminalZaqatalada baş verən zəncirvari yol qəzasında bir nəfər xəsarət alıb. Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun ucqar dağ kəndi olan Yuxarı Çardaqlarda baş verib.
Yuxarı Çardaqlar kənd sakini, 1978-ci il təvəllüdlü Teymur Rəcəbovun idarə etdiyi "VAZ-2101" markalı avtomobillə kənd sakinləri Mövsüm Əliyevin idarə etdiyi "VAZ 211440" markalı və Yusif Mustafayevin idarə etdiyi "Niva" markalı avtomobillər bir-biri ilə toqquşub.
Qəza nəticəsində T. Rəcəbov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Digər sürücülər isə xəsarət almayıb. Hər üç avtomobil yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.