Azərbaycanda qatar 28 yaşlı qadının üstündən keçib

Hadisə Gəncə və Zazalı stansiyaları arasında baş verib

Bakı-Qazax marşrutu üzrə hərəkət edən sərnişin qatarı adam vurub. APA-nın verdiyi məlumata görə, hadisə bu gün səhər saat 8 radələrində Gəncə və Zazalı stansiyaları  arasında baş verib.  Əkin sahəsindən qayıdan Gəncə sakini, 1985-ci il təvəllüdlü Mirzəyeva Səyyarə Ədil qızı dəmir yolunu keçmək istəyərkən relslərin üstünə yıxılıb.

Bu vaxt hərəkətdə olan qatar onun üstündən keçib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31