Bakıda 35 yaşlı qadın təcavüzə məruz qaldı
Qadın vəhşicəsinə döyülüb
16 Avqust 2013 13:34 KriminalÖtən gecə saat 22:30 radələrində Bakının Binəqədi rayonunda 35 yaşlı qadın təcavüzə məruz qalıb. Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 7-ci mikrorayonda 1978-ci il təvəllüdlü Mülkiyyə Musayeva küçənin ortasında qəfil hücuma məruz qalıb. Naməlum şəxs ona hücum çəkib və onu vəhşicəsinə döyüb.
Qadın kəllə-beyin travması ilə bağlı xəstəxanaya yerləşdirilib.
Hazırda qadının kim tərəfindən və nə səbəbdən döyüldüyü araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31