Sevmədiyi oğlana görə qız ailəsinə dağ çəkdi

Masallı rayonunda gənc qız özünü öldürüb. Milli.Az-a daxil olan məlumata görə, ötən gecə Qodman kəndində 18 yaşlı Rufanə Hüseynova yaşadığı evdə özünü asıb. Onun sevmədiyi oğlana verildiyi üçün özünə qəsd etdiyi bildirilir. R.Hüseynovanı ailə üzvləri asılmış vəziyyətdə tapıblar.Masallı Rayon Prokurorluğundan isə Milli.Az-a bildirildi ki, orta məktəbi bu il bitirən R.Hüseynovanın özünə qəsd etməsinin dəqiq səbəbi hələlik bilinmir. Onun əsəb problemi olub və müalicə olunurmuş. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31