Bakının mərkəzində narkotika daşıyan maşın ələ keçdi

Bakının mərkəzində narkotik maddə daşıyan avtomobil yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rza Məmmədovdan 64,93 qram, onun idarə etdiyi "Mercedes" markalı avtomaşına baxış zamanı isə əlavə 2 kiloqram 20 qram həşiş aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31