DİN Bakıda Qarabağ əlilinin başının kəsilməsi barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda Qarabağ əlilinin başının kəsilməsi ilə bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 14-də Səbail rayonu Badamdar qəsəbəsi ərazisindən Bakı şəhər sakini Natiq Əşrəfov boğaz nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb. Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Babək Əsgərov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31