Cəlilabadda 17 yaşlı gənc suda boğuldu

Cəlilabadda 17 yaşlı gənc oğlan suda boğulub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, 14 avqust 2013-cü il tarixində Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisindən keçən İncəçay su bəndində (ən yaxın xilasetmə məntəqəsindən 112 km aralıda nəzarətsiz ərazidə) batmış 1996-cı il təvəllüdlü Əsgərov Zakir Tanrırverdi oğlunun axtarışları başa çatıb. Z.Əsgərovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31