Xalq artistinin evini taladIlar
14 Avqust 2013 17:07 KriminalAzərbaycanın Xalq artisti Arif Babayevin evindən oğurluq edilib. Lent.az-ın məlumatına görə, gecə saatlarında A.Babayevin Qax rayonunun Qaxbaş kəndində yerləşən bağ evində girən naməlum şəxs və ya şəxslər evdən 1 ədəd televizor və dvd-ni aparıblar. Hadisə ilə bağlı polisə ilk məlumatı Xalq artistinin qonşusu Məmmədov Cavad Camal oğlu verib. Lent.az-ın əldə etdiyi məlumata görə, C.Məmmədov Xalq artistinin qonşusudur və evinə nəzarət etməyi ona tapşırıbmış.
Qax rayon polis Şöbəsindən faktı Lent.az-a təsdiqləyiblər.
Qeyd edək ki, Arif Babayevin bağ evi Ağçay çayının yaxınlığındakı yeni yaşayış massivində yerləşir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31