Bakıda gecə 18 yaşlı qızın başına nə iş gəldi?

Gənc qızın dördüncü mərtəbədən yıxılma səbəbləri araşdırılır

Bu gecə Bakıda 18 yaşlı qız 4-cü mərtəbədən yıxılıb. Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, 1995-ci il təvəllüdlü Bahar Pənah qızı Məmmədli saat 00:00 radələrində 7 mikrorayon ərazisində yaşadığı bınanın 4-cü mərtəbəsindən yıxılıb. Qız ağır halda xəstəxanaya yerləşdirilib. Hazırda onun həyatı üçün təhlükə var.

Qızın ailə üzvləri bildiriblər ki, qız zivəyə paltar asarkən yıxılıb. Hadisənin əslində hansı səbəblərdən baş verdiyi araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31