Lənkəranda faciə, uşaq manqalın altında qalıb öldü

Lənkəranda körpə oğlan uşağı faciəli halda ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə avqustun 13-də Lənkəran rayonunun Haftoni qəsəbəsində baş verib. Qəsəbə  sakini, azyaşlı Ağarahim Muradov həyətdə oynayarkən yıxılıb və manqalın onun üzərinə düşməsi nəticəsində ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31