Moskvada adam oğurluğu ilə məşğul olan azərbaycanlılar tutulub

Oğrular onu yaralayaraq, hadisə yerində qoyub qaçıblar

Moskvada aralarında azərbaycanlıların da olduğu adam oğurluğu ilə məşğul olan dəstə tutulub. Saxlanılanlar İvanovsk vilayətində yaşayan Xaliq Məhərrəmov və Kəmaləddin Zeynalov, eləcə də paytaxtın bir neçə sakinidir.
Onlar fevralda elə Azərbaycan əsilli, Pokrovsk meyvə-tərəvəz bazarında işləyən şəxsi oğurlamağa cəhddə şübhəli bilinirlər. Quldurlar həmin şəxsə hücum edərək, özləri ilə aparmaq istəsələr də, müqavimətlə üzləşiblər. Nəticədə oğrular onu yaralayaraq, hadisə yerində qoyub qaçıblar.
Məhərrəmov və Zeynalov apreldə Moskva restoranlarından birinin direktorunu oğurlamağa cəhddə də şübhəli bilinir. Nəhayət, Məhərrəmovun Sankt-Peterburqda sifarişli qətlə uğursuz cəhdin təşkilində əlinin olduğu deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31