Bilgəh çimərliyində qorxulu anlar yaşandı

"OLAYLAR"  Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən "Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində bir nəfərin sudabatma təhlükəsi haqda məlumat yayır. Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə ("Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batma təhlükəsi ilə üzləşib. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31