MTN əməliyyat keçirtdi: saxlanılan var

Hüquq-mühafizə orqanlarına müqavimət göstərən şəxs tutulub

Milli Təhlikəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı Bakıda dələduzluq edən şəxs Cəlilabad rayonunda saxlanılıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Cəlilabad rayon M.P.Vaqif küçəsində yaşayan 1981-ci il təvəllüdlü Vaqif İmanxan oğlu Niftiyev keçirilən əməliyyat zamanı qaçmaq istəyib.

Müqamətlə qarşılaşan MTN əməkdaşları Vaqif Niiftiyevə atəş açmağa məcbur olublar. Çiyin və ayaq nahiyyəsindən yaralanan Vaqifi tutmaq keçirmək mükün olub. Saxlanılan zamanı onun tək olmadığı məlum olub.

Qeyd edək ki, saxlanılan Vaqif Niftiyev Rusiya Fedarasiyasında da mövcud cinayət əməlinə bir müddət görə həbsdə olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31