Coratda narkotika plantasiyası aşkarlandı

Sumqayıtda vətəndaşın narkotika plantasiyası aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Corat bağlar sahəsində yaşayan Xaqani Qaraşova məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 18 kiloqram 0,65 qram olan 28 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31